Azpetrol Ltd

ŞİRKƏT HAQQINDA

15 illik uğurun sirri

"Azpetrol Ltd" MMC-nin əsas fəaliyyəti yanacağın pərakəndə və topdan satışını yanacaqdoldurma və qazdoldurma məntəqələri şəbəkəsi vasitəsilə həyata keçirməkdən ibarətdir.

KORPORATİV DƏYƏRLƏR

İnsanlara xidmətimizlə öndəyik

Yüksək keyfiyyət, halallıq, müştəri məmnunluğunun təmin edilməsi kimi keyfiyyətləri "Azpetrol" şirkəti yarandığı gündən özünün başlıca amalı hesab etmişdir.

ƏSAS MƏQSƏDLƏR

Ən yaxşı olmaq üçün çalışırıq

"Azpetrol" Şirkəti regionlarda iş yerlərinin açılması hesabına əhalinin məşğulluğunun təmin edilməsini özünün prioritet istiqaməti kimi müəyyənləşdirmişdir.

İCTİMAİ FƏALİYYƏT

Biz sizi düşünürük

Ölkəmizin təhsil, mədəniyyət və idman sahələrinə qayğı ilə yanaşmağı özünə borc bilən "Azpetrol" Şirkəti Azərbaycanın ədəbi və mədəni irsinin qorunub saxlanılmasına və inkişafına xüsusi önəm verir.





Azpetrol Bakıda yeni yanacaqdoldurma məntəqələrini açdı

10/05/2012

Azpetrol Bakıda yeni yanacaqdoldurma məntəqələrini açdı

 10 may 2012-ci il tarixində Azpetrol şirkəti Bakı şəhəri H. Əliyev prospekti 105 və 108 ünvanlarında özünün yeni yanacaqdoldurma məntəqələrini açdı. Bu, Azpetrolun sayca 78-ci və 79-cu yanacaqdoldurma məntəqələridir. Yeni məntəqələrin açılışında Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin rəhbərliyi, Türkiyənin “Sistem Reklamçılıq Aydınlatma və İnşaat Sənaye” Şirkətinin nümayəndələri və digər qonaqlar  iştirak edirdilər.

 

Daha iki mükafat-

07/05/2012

Daha iki mükafat-"Best Enterprise" və "Manager of the year" .

Avropa Biznes Assambleyası (Europe Business Assembly)və İsveçrənin Keyfiyyət Standartları İnstitutunun (SİQS) İsveçrənin Montre şəhərində 4-5 May 2012-ci il tarixində keçirdiyi birgə tədbirdə (Montreux Business Matchmaking)"Azpetrol" şirkəti "Topdan və pərakəndə yanacaq satışı üzrə Best Enterprise" ("Ən yaxşı müəssisə") mükafatına və diploma layıq görülmüş, şirkətin baş direktoru Hüseynağa Rəhimov isə "Manager of the year" ("İlin Meneceri") medalı ilə təltif edilmişdir.
Müştərilərin nəzərinə!

19/03/2012

Müştərilərin nəzərinə!

Hörmətli müştərilər,

PWS modulunun yenilənməsi ilə əlaqədar olaraq 23.03.2012-ci il tarixində saat 11:00 – dan  saat 17:00-a kimi  Azpetrola məxsus yanacaq kartları ilə əməliyyatlar aparmaq üçün http://pws.azpetrol.com internet səhfəsinə daxil olmaq mümkün olmayacaq.

Müvəqqəti narahatcılığa görə əvvəlcədən üzr istəyirik.