"Azpetrol" şirkəti 2001-ci ildə "İlin Holdinqi" nominasiyasında "Uğur" mükafatına, 14 iyul 2002-ci ildə Nyu-Yorkda Keyfiyyət üzrə keçirilən XVI Beynəlxalq Konvensiyada Keyfiyyət nişanı və "Bizness Pristij" mükafatlarına layiq görülmüşdür.Azpetrol "Caspian Energy İntegration Award" şirkəti tərəfindən 2008-ci ildə "İlin keyfiyyətli servis xidmətləri" nominasiyası üzrə, 2010-cu ildə isə "İlin ən yaxşı yanacaqdoldurma məntəqələri şəbəkəsi" nominasiyası üzrə "Uğur" mükafatlarla təltif edilmişdir.
06 sentyabr 2010-cu il tarixdə Cenevrədə dünyanın 44 ölkəsinin iştirakı ilə keçirilən Keyfiyyət üzrə BİD (Business İnitiative Directions) Beynəlxalq Konvensiyasında "Azpetrol" şirkəti "Keyfiyyətə Görə Beynəlxalq Qızıl Ulduz" mükafatına layiq görülmüşdür.

