Keyfiyyətə nəzarət :: Azpetrol Ltd

Keyfiyyətə nəzarət

 "Azpetrol" şirkəti özündə üç istiqaməti - keyfiyyətin idarə olunması sistemini (İSO-9001), ətraf mühitin mühafizəsini (İSO - 14001), əməyin mühafizə və təhlükəsizlik texnikasını (OHSAS - 18001) əks etdirən birləşmiş sistemin tətbiqini nəzərdə tutan yeni inkişaf proqramını uğurla həyata keçirmişdir.

Şirkət tərəfindən İSO sertifikasiyasına hazırlıq üzrə tədbirlərin işlənməsi zamanı lazımi təhlil aparılmış və mövcud sistemin müvafiq standartların tələblərinə uyğunlaşdırılması məqsədilə treninqlər keçirilmişdir. Buna  "Bureau Veritas Transnasional" şirkəti ilə birgə əməkdaşlıq nəticəsində nail olunmuşdur.