27/12/2011
Azpetrol “Azeri Business Award” mükafatına layiq görülüb.
Azpetrol Ltd. “ MMC “ Azərbaycanın işgüzar aləmlə bağlı aparıcı nəşrlərindən olan “Business Time” jurnalı tərəfindən təsis olunmuş “Azeri Business Award” mükafatının “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyasına layiq görülüb. 14 dekabr 2011-ci il tarixində "Buta Palas"da baş tutan təntənəli mərasimdə mükafat Azpetrol şirkətinin Baş Direktoru Hüseynağa Rəhimova təqdim olunmuşdur.
10/11/2011
Azpetrol Göygöldə yeni yanacaqdoldurma məntəqəsini açdı
07 noyabr 2011-ci il tarixdə Azpetrol Şirkəti Göygöldə özünün yeni yanacaqdoldurma məntəqəsini açdı. Bu Azpetrolun sayca 75-ci yanacaqdoldurma məntəqəsidir.
Yeni məntəqənin açılışında Göygöl rayonu İcra hakimi Arif Seyidov və digər nümayəndələr iştirak edirdilər.
28/10/2011
Daha iki qələbə
Məlum olduğu kimi, Azpetrol-Xəzri komandası Futzal üzrə 1-ci Liqa Azərbaycan Birinciliyi turnirində iştirak edir. Son iki turun nəticələri :
19 oktyabr
Neftçi-Xəzri-Azpetrol
5 :7
25 oktyabr
Spartak-Xəzri-Azpetrol
5:10
17/10/2011
Futzal üzrə I-ci Liqa Azərbaycan birliyi (sentyabr 2011-may 2012).
25 sentyabr 2011-ci il tarixində Futzal üzrə 2011-2012-ci il mövsümü I-ci Liqa Azərbaycan Birinciliyinə start verilmişdir. Bu turnirə respublika üzrə 14 komanda qatılmışdir, Azpetrol şirkətini isə Xəzri-Azpetrol komandası təmsil edir.
27/09/2011
I-ci Liqada ilk oyunlar
Futzal üzrə I-ci Liqa çərçivəsində keçırilən oyunların ikinci turunda Xəzri-Azpetrol (Buzovna) komandasının ilk oyunu keçirilmişdir: 12 oktyabr tarixində komandamız Gəncənin Kəpəz komandası ilə qarşılaşıb və 12:6 hesabı ilə qələbə qazanıb.
Növbəti oyun 16.10.2011-də keçirilmişdir. Bu dəfə Xəzri-Azpetrol Baku Fire komandası ilə üzləşib: oyun heç heçə hesabı ilə nəticələnib.
04/08/2011
Çimərlik Futbolu üzrə Respublika Kuboku Turnirinə yekun vuruldu!
Məlum olduğu kimi 30-31.07.2011 -ci il tarixində Çimərlik Futbolu üzrə Respublika Kuboku Turniri keçirilmişdir. 8 komandanın iştirak etdiyi yarışın final oyununda PSL-i 6:4 hesabı ilə məğlub edən “Okean avtosalon” Respublika kubokunun qalibi olub.
26/07/2011
Respublika Kuboku Turniri keçiriləcək.
Çimərlik Futbolu üzrə Respublika Kuboku Turniri 30-31.07.2011 -ci il tarixində Mərdəkanda yenicə istifadəyə verilmiş “Dalğa” stadionunda keçiriləcək.
18/07/2011
"Azpetrol-Xəzri" komandası 3-cü yeri qazandı.
Məlum olduğu kimi 09.07-17.07.2011-ci il tarixində Çimərlik Futbolu üzrə Bakı Çempionatı keçirilirdi. Bu çempionatda şirkətimizi təmsil edən “Azpetrol-Xəzri” (Buzovna) adlı komandası da iştirak edirdi.
15/07/2011
Azpetrol-14 il!
15.07.2011-ci il tarixində Azpetrol şirkətinin yaradılmasının 14 ili tamam oldu. Bununla əlaqədar olaraq şirkətdə 9 ildən artıq çalışmış əməkdaşlara təşəkkür diplomları və xüsusi Azpetrol nişanları verildi. Ofis binasında isə işçilər üçün furşet təşkil olundu və rəhbərlik tərəfindən təbriklər çatdırıldı.
14/07/2011
Azpetrol Qobustanda yeni yanacaqdoldurma məntəqəsini açdı
14 iyul 2011 - ci il tarixdə Azpetrol Şirkəti “Cəngi”də (Qobustan rayonu) özünün yeni yanacaqdoldurma məntəqəsini açdı.Bu Azpetrolun sayca 74 -cü yanacaqdoldurma məntəqəsidir.
Yeni məntəqənin açılışında Qobustan rayonu İcra Hakimiyyətinin nümayəndələri, Beynəlxalq Hokkey Federasiyasının prezidenti Leandro Neqre və Avropa Hokkey Federasiyasının baş katibi David Belberni da iştirak edirdilər.
12/07/2011
"Azpetrol-Xəzri" komandası Çimərlik Futbolu üzrə Bakı Çempionatında iştirak edir.
09.07-17.07.2011-ci il tarixində Çimərlik Futbolu üzrə Bakı Çempionatı keçiriləcəkdir. Bu çempionatda şirkəti təmsil edən “Azpetrol-Xəzri” (Buzovna) adlı komandası iştirak edir.
30/06/2011
Azpetrol "Kraliça Viktoriya Xatirə Medalı" ilə təltif olundu
İyun ayının 19-20 tarixlərində Oksfordun tarixi mərkəzi olan 'Sheldonian Teatr'da Avropa Biznes Assambleyasının (EBA, Oksford, Böyük Britaniya) təşəbbüsü ilə cənub-şərqi Britaniyada əsas beynəlxalq tədbir - "Liderlərin Oksford Sammiti" keçirildi.Bu tədbir 2000-ci ildən dünya elmi ictimaiyyəti mərkəzində mütəmadi olaraq keçirilir.
08/06/2011
Pul kisələrinin məsafədən dəyişdirilməsi
Müştərilərin nəzərinə!
09.06.2011-ci il tarixindən etibarən “Azpetrol Ltd.” MMC-nin müştərilərinin yanacaq kartlarında olan Pul kisələrini məsafədən, yəni kartı Şirkətin Mərkəzi ofisinə – Nağdsız hesablaşmalar şöbəsinə gətirmədən dəyişmək (yeni yanacaq markası əlavə etmək və ya digəri ilə əvəzləmək) mümkün olacaqdır.
04/06/2011
Kartın sahibini dəyişmək mümkündür
MÜŞTƏRİLƏRİN NƏZƏRİNƏ!
06.06.2011-ci il tarixindən etibarən müştərilər pws modulunda öz şəxsi səhifələrinə daxil olaraq Kartın istifadəçisini dəyişə bilərlər.
10/05/2011
Azpetrol Şirkəti ulu öndər H.Əliyevin məzarını ziyarət etmişdir
Azpetrol Şirkətinin rəhbərliyi və kollektivi 10.05.2011-ci il tarixində ulu öndər, ümummilli lider H.Əliyevin
anadan olmasının 88 ildönümü münasibətilə onun məzarını ziyarət etmişdir
09/05/2011
Azpetrol Ağsuda yeni yanacaqdoldurma məntəqəsini açdı
Azpetrol Şirkəti 07 may 2011-ci il tarixdə Ağsuda özünün yeni yanacaqdoldurma məntəqəsini açdı. Bu Azpetrolun sayca 73-cü yanacaqdoldurma məntəqəsidir.
Yeni məntəqənin açılışında Ağsu rayonu İcra Hakimiyyətinin nümayəndələri də iştirak edirdi.