XƏBƏRLƏR :: Azpetrol “Azeri Business Award” mükafatına layiq görülüb. :: Azpetrol Ltd

Azpetrol “Azeri Business Award” mükafatına layiq görülüb.

Azpetrol “Azeri Business Award” mükafatına layiq görülüb.

27.12.2011

AwardAzpetrol Ltd. “ MMC “  Azərbaycanın işgüzar aləmlə bağlı aparıcı nəşrlərindən olan “Business Time” jurnalı tərəfindən təsis olunmuş “Azeri Business Award”   mükafatının  “İlin  yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyasına layiq görülüb. 14 dekabr 2011-ci il tarixində "Buta Palas"da baş tutan təntənəli mərasimdə mükafat Azpetrol şirkətinin Baş Direktoru  Hüseynağa Rəhimova  təqdim olunmuşdur. Təqdimat zamanı H.Rəhimov öz çixişinda  bildirmişdir: “ Hal-hazırda respublikada çox böyük inkişaf vardır, iqtisadiyyatın bütün sahələrində  yeniliklər mövcuddur.Digər tərəfdən sahibkarlığın inkişafı üçün əlverişli mühit yaranmış və özəl şirkətlər, sahibkarlar öz bizneslərini genişləndirir və yeni iş yerləri açırlar. Bu cür əlverişli şəraitin yaranması möhtərəm prezidentimiz İlham Əliyev cənablarının apardığı uğurlu və ardıcıl iqtisadi siyasətin məntiqi nəticəsidir.
  “AZERI BUSINESS AWARD” hər ilin yekunlarına görə ölkə iqtisadiyyatının milli biznesin yeni simasını formalaşdıran ən parlaq və dinamik iştirakçılarına təqdim olunur. Laureatların müəyyənləşdirilməsində əsas amil kimi namizədin biznesinin artım tempi götürülür. Mükafatın laureatları iki kateqoriya üzrə - fərdi və korporativ nominasiyalarda müəyyənləşdirilir.