aze 
 
 rus 
 
 eng 
Azpetrol haqqında
Xidmətlər
Keyfiyyət, Ətraf mühit və Təhlükəsizlik
Xeyriyəçilik və Sponsorluq
Karyera İmkanları
Mətbuat mərkəzi
Saytın xəritəsi
 
Şirkət haqqında :
 
 
"Azpetrol" şirkəti 15 iyul 1997-ci il tarixində Bakı şəhərinin Tbilisi prospektində özünün ilk yanacaqdoldurma məntəqəsinin açılışı ilə fəaliyyətə başlamışdır.

Həmin ilin sonunda inşa etdiyimiz yanacaqdoldurma məntəqələrinin sayı 8 və növbəti illər ərzində ardıcıl surətdə artaraq hal-hazırda 70-ə çatmışdır. Bunlardan 66-sı benzin və dizel yanacağının, digər dördü isə maye qazın satışını həyata keçirir.

Hazırda "Azpetrol" Azərbaycanda avtomobil yanacağının pərakəndə satışı ilə məşğul olan şirkətlər arasında liderdir. Şırkət tərəfindən istismar olunan məntəqələrin ölkə üzrə yanacaqdoldurma məntəqələrinin ümumi sayının yalnız 15% təşkil etməsinə baxmayaraq, əla xidmət və satılan məhsulun yüksək keyfiyyəti sayəsində "Azpetrol"un müvafiq bazar sektorunda payı 50%-dən artıqdır.
 
Daha ətraflı...
  YANACAQ DOLDURMA
MƏNTƏQƏLƏRININ XƏRITƏSI
 
 
Məqsədimiz:
"Azpetrol" şirkətinin məqsədləri bir çox sahələri əhatə edir.

Onlardan əsası və işin təməlini təşkil edən – regionumuzun enerji sektorunda özünəməxsus yer tutub Azərbaycanın və onun vətəndaşlarının firavan gələcəyinin təmin olunmasına öz töhfəsini verməkdir.

Əməkdaşlarımıza aid başlıca məqsəd-onlardan vicdanlı, əməksevər və səriştəli kadr yetişdirməkdir.

Ona görə də var-gücümüzlə Şirkətimizi müstəqil Azərbaycanın inkişafı, işçilərimizi isə təmizliyin və düzgünlüyünrəmzinə çevirməyə çalışırıq.

Yüksək keyfiyyət, halallıq, insanların inam və etibarını qoruyub saxlamaq Şirkətin ilk gündən qarşısına qoyduğu məqsəddir və bu məqsəd hər an layiqincə həyata keçirilir.
 
Mirzə Mənsur küçəsi, 63\65
AZ 1004, Bakı, Azərbaycan
Tel.: (+99 412) 4 976 974, 4 976 975
Fax.:(+99412) 4 976 864

© "Azpetrol LTD" MMC, 2006
MEQA Şirkətinin İstehsalı