“Azpetrol” şirkətinə 7-ci “Brand Award Azerbaijan” mükafatı təqdim olunub.
“Award Organizers Group”un təşkilatçılığı ilə 19 fevral tarixində “7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsinin mükafalandırma mərasimi keçirilib. Mərasimdə “ 7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsində qalib gəlmiş, 50 brand siyahısına daxil olan “Azpetrol” şirkətinə mükafat təqdim olunub. Təqdimetmə mərasimində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Milli Biznes Assosiasiyası, eləcə də “Caspian Energy Club”ın rəhbər və nümayəndələri iştirak ediblər.