“Azpetrol” şirkəti “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə” nominasiyası üzrə təltif olunub.
28 aprel 2025-ci il tarixində, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə Ümumdünya Əməyin Mühafizəsi günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş ”Rəqəmsallaşma və süni intelektin iş yerlərinə təsirləri” mövzusunda konfrans keçirilmişdir.
Tədbir çərçivəsində “Azpetrol” şirkəti “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə” nominasiyası üzrə təltif olunub.