“Azpetrol” şirkəti Şamaxıda yeni yanacaqdoldurma məntəqəsini açdı

“Azpetrol” şirkəti Şamaxıda yeni yanacaqdoldurma məntəqəsini açdı

05.12.2019

5 dekabr 2019-cu il tarixində “Azpetrol” şirkəti Şamaxı rayonunda özünün sayca 91-ci “Şamaxı-ASAN” yanacaqdoldurma məntəqəsini (YDM) açdı. Bu Şirkətin Şamaxı rayonunda 3-cü yanacaqdoldurma məntəqəsidir. Açılış “ASAN xidmət”lə bir gündə, şirkətin Baş direktoru Ceyhun Məmmədov və digər əməkdaşların iştirakı ilə olmuşdur. “Şamaxı-ASAN” YDM-də həm də Elektromobillərin doldurulması cihazı da quraşdırılıb. Açılış mərasimindən sonra müştərilərə Şirkət tərəfindən müxtəlif hədiyyələr verilib. Şirkət özünün yanacaqdoldurma məntəqələr şəbəkəsini daha da genişləndirmək niyyətindədir. Belə ki, “Azpetrol” şirkəti yaxın günlərdə növbəti YDM-ni Kürdəmir rayonunda açacaq. Şirkət eyni zamanda Bakı şəhərinin Nizami rayonunda YDM-nin tikintisini davam etdirir. Azpetrol-Daim inkişafa doğru!