TARİX
1997-ci il iyulun 15-də Bakı şəhərində ilk yanacaqdoldurma məntəqəsinin istismara verilməsi ilə Azərbaycanın iqtisadi məkanına daxil olan "Azpetrol Ltd." MMC-nin əsas fəaliyyəti yanacağın pərakəndə və topdan satışını yanacaqdoldurma və qazdoldurma məntəqələri şəbəkəsi vasitəsilə həyata keçirməkdən ibarətdir.
Hazırda Şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 104 yanacaqdoldurma məntəqəsi (YDM), 1 maye qazdoldurma məntəqəsi (QDM ), 4 STQ tipli (CNG) qazdoldurma postu (Sıxılmış təbii qaz), 4 LPG postu (Propan-Butan), 1 STQ tipli (CNG) terminalı və 20 elektromobillərin enerji ilə doldurulma postu fəaliyyət göstərir.
Yanacağın keyfiyyətinin yaxşılaşdırılması və məntəqələrin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə, 1999-cu ildə "Azpetrol"un müasir standartlara cavab verən Neftbazası istifadəyə verilmişdir. Neftbaza Avropanın qabaqcıl ölkələrində istehsal olunmuş elektron avadanlıqlarla, yanğından mühafizə, təhlükəsizlik və yanacağın keyfiyyətinə nəzarət sistemləri ilə təchiz edilmişdir.
Şirkət yanacağın YDM və QDM-lərə fasiləsiz olaraq və vaxtında çatdırılması məqsədi ilə 1999-cu ildə yanacaqdaşıyan maşınların Avtoparkını istismara vermişdir. Beynəlxalq standartlara uyğun təşkil olunmuş həmin Avtoparkda 90 ədəd yanacaq daşıyan avtomobil istənilən vaxt yola çıxmağa hazırdır.
Həmçinin "Azpetrol"un Azərbaycanın ən iri işəgötürənlərindən biri olduğunu xüsusi ilə qeyd etmək vacibdir. Belə ki, hazırda Şirkətdə çalışan işçilərin ümumi sayı 3200 nəfərdən çoxdur.
MİSSİYAMIZ
Yüksək keyfiyyət, halallıq, müştəri məmnunluğunun təmin edilməsi kimi keyfiyyətləri "Azpetrol" şirkəti yarandığı gündən özünün başlıca amalı hesab etmişdir.
"Azpetrol" şirkəti xüsusi ilə də regionlarda iş yerlərinin açılması hesabına əhalinin məşğulluğunun təmin edilməsini özünün prioritet istiqaməti kimi müəyyənləşdirmişdir.
Tutduğu vəzifədən, malik olduğu səlahiyyətdən asılı olmayaraq əməkdaşlarımızın qarşısında qoyulan başlıca tələb - ciddi nizam-intizam, qarşılıqlı etimad və tələbkarlıq, peşə bilik və bacarıqlarıının daim təkmilləşdirilməsi, müştəri məmnunluğunun təmin edilməsini gündəlik işin şüarına çevrilməsidir.
Biz yeganə deyilik, lakin ən yaxşı olmağa can atırıq.
Məmmədov Ceyhun
Baş direktor
Kərimli Əli
Baş direktorun birinci müavini
Xudaverdiyev Etibar
Baş direktorun müavini
NAİLİYYƏTLƏR
- 2021
-
02 İYUN 2021
2 iyun 2021-ci il tarixində Caspian Energy Club-un təşkil etdiyi beşinci “Brand Award Azerbaijan” milli müsabiqəsində Azərbaycanın cari ildə 50 ən tanınan brendi müəyyən olunub. “Azpetrol” şirkətin bu siyahının 4-cü pilləsində qərarlaşıb. Müsabiqədə 200 milli korporativ, xidməti və məhsul brendi iştirak edib. Səsvermədə dünyanın müxtəlif ölkələrindən 6500-ə yaxın respondent iştirak edib.
- 2020
-
23 DEKABR 2020
2020-ci il dekabrın 23-də “Caspian European Club”da “Casipan Business Award - 2020” beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib. “Caspian European Club” da təşkil edilmiş mərasimdə ölkə iqtisadiyyatının inkişafına xüsusi töhfə vermis şirkətlərə “Caspian Energy Award – 2020” beynəlxalq mükafatı təqdim edilib. Belə ki, “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyası üzrə “Azpetrol Ltd” MMC “Caspian Business Award – 2020” mükafatına layiq görülüb.
-
11 DEKABR 2020
Yarandığı gündən öz fəaliyyətini dünya standartlarına uyğun qurmağa və müştərilərinə yüksək xidmət göstərmək amalı uğrunda əhəmiyyətli addımlar atan “Azpetrol Ltd” MMC 11 dekabr 2020-ci il tarixində Almaniyanın “TÜV Thüringen e.V.” şirkəti tərəfindən (İSO 9001-2015) Keyfiyyət İdarəetmə Sistemi, (İSO - 14001:2015) İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi və (İSO - 45001:218) Ətraf Mühit İdarəetmə Sistemləri Sertifikatlarına layiq görülüb. Sertifikatların müddəti 22 iyun 2023 - cü ilə qədərdir.
- 2019
-
18 DEKABR 2019
2019-cu il dekabrın 18-də “Caspian European Club” tərəfindən təşkil edilmiş “New Year Party” tədbirində, ölkə iqtisadiyyatının inkişafına xüsusi töhfə vermiş şirkətlərə “Caspian Energy Award-2019” beynəlxalq mükafatı təqdim edilib. Həmin tədbirdə “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyası üzrə “Azpetrol Ltd” MMC “Caspian Business Award - 2019” mükafatına layiq görülüb.
-
19 SENTYABR 2019
2019-cu il sentyabrın 19-da Bakıda keçirilən “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illik yubileyinə və “Caspian Energy” jurnalının 20 illiyinə həsr olunmuş IX Beynəlxalq forumda ölkə iqtisadiyyatının inkişafına xüsusi töhfə vermiş şirkətlərə Beynəlxalq “Caspian Energy Award” mükafatı təqdim edilib. Belə ki, “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyası üzrə “Azpetrol Ltd” MMC “Caspian Energy Award - 2019” mükafatına layiq görülüb.
-
27 FEVRAL 2019
2019 - cu il fevralın 27-də Bakı şəhərində "Navigator Business Award”ın ikinci illik mükafatının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Bu mükafat Cənubi Qafqaz regionunda ən nüfuzlu mükafat sayılır və inkişafda böyük uğurlar əldə etmiş şirkətləri və sahibkarları müəyyənləşdirmək üçün nəzərdə tutulub.
Həmin mərasimdə “Azpetrol LTD” MMC - “İlin yanacaqdoldurma məntəqəsi” nominasiyası üzrə “"Navigator Business Award - 2018” mükafatına layiq görülüb.
- 2018
-
20 SENTYABR 2018
2018 -ci il sentyabr ayının 20-də Bakıda 7-ci Beynəlxalq Caspian Energy Forumu keçirilib. Həmin Forumda “Azpetrol Ltd” MMC – “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyası üzrə “Caspian Energy Award - 2018” mükafatına layiq görülüb.
-
16 AVQUST 2018
2018-ci il avqustun 16-da Caspian European Club “Azpetrol LTD” MMC - yə “Xəzər Avropa Klubunun Qızıl Üzvlük Şəhadətnaməsi”ni təqdim etmişdir.
- 2017
-
AVQUST 2017
2017-ci ilin avqust ayında "Azpetrol" şirkəti MDB ölkələri üçün dərc olunan «Современная АЗС» (Moskva) jurnalında keçirilən «АЗС месяца» (avqust ayı) müsabiqəsinin qalibi (Mayak-2 YDM-i) olmuşdur.
-
13 APREL 2017
13 aprel 2017-ci il tarixində Bakıda “BOULEVARD Hotel Baku”da 14-cü Beynəlxalq “Caspian Energy Award - 2017” Mükafatının və 2-ci Beynəlxalq “Caspian Business Award - 2017” Mükafatının təqdimat mərasimi təşkil edilmişdir. Mükafatların təqdimat mərasimində “İlin Yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyası üzrə “Azpetrol LTD” MMC şirkəti “Caspian Energy Award – 2017” mükafatına layiq görülmüşdür.
- 2016
-
09 İYUN 2016
13-cü Beynəlxalq “Caspian Energy Award 2016” və 1-ci Beynəlxalq “Caspian Business Award 2016” mükafatlarının təntənəli təqdimat mərasimi keçirilmişdir. Caspian European klubun qızıl üzvlərindən olan “Azpetrol” şirkəti “Göstərilən xidmətin yüksək keyfiyyətinə görə” nominasiyası üzrə “Caspian Business Award 2016” mükafatına layiq görülmüşdür.
-
05 FEVRAL 2016
2015-ci ilin nəticələrinə görə «Azeri Business Award-2015» Milli Mükafatının təqdimetmə mərasimində Azərbaycanın öndə olan şirkətlərindən 70-dən çox nümayəndə iştirak edib. Onların arasında diplomatlar, aparıcı iş adamları, ölkə iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən menecer və mütəxəssislər olub. "Azpetrol" şirkəti “Müştəri məmnunluğu və yüksək keyfiyyət” nominasiyasında qalib olub.
-
FEVRAL 2016
«Современная АЗС» jurnalının 2015-ci ilin sonunda keçirdiyi MDB məkanında «İlin ən yaxşı yanacaqdoldurma məntəqəsi» müsabiqəsində "Azpetrol" şirkətinin Mingəçevir şəhərində yerləşən “Mingəçevir - 2” yanacaqdoldurma məntəqəsi qalib olmuşdur. Müsabiqənin qalibi Diplomu Şirkətə 2016-cı ilin fevral ayında təqdim olunmuşdur.
- 2015
-
16 DEKABR 2015
“Company of the Year” milli mükafatının 2015-ci ilin yekunları üzrə təqdimat mərasimində "Azpetrol" şirkəti növbəti dəfə “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyası üzrə “İlin Şirkəti” mükafatına layiq görülmüşdür.
-
24 APREL 2015
“UĞUR” Milli Mükafatının 15-ci təntənəli yubiley təqdimetmə mərasimində 2014-cü ilin nəticələrinə görə, "Azpetrol" şirkəti “Paytaxtın yaşıllıq kompozisiyasına və ekoloji mühitinə verdiyi töhfələrə görə” nominasiyasında Ugur-2014 mükafatına layıq görülmüşdür.
-
16-17 APREL 2015
«Современная АЗС» jurnalının 2015-ci ilin mart ayında keçirdiyi MDB məkanında “Ayın ən yaxşı yanacaqdoldurma məntəqəsi” müsabiqəsində "Azpetrol" şirkətinin H.Əliyev prospekti 108 ünvanında yerləşən yanacaqdoldurma məntəqəsi qalib olmuşdur. 16-17 aprel tarixlərində Moskva şəhərində “Müasir yanacaqdoldurma məntəqəsi və neftbaza” mövzusunda keçirilən 12-ci beynəlxalq konfrans-sərgidə müsabiqənin qalibi Diplomu Şirkətə təqdim olunmuşdur.
-
11 MART 2015
11 mart 2015-ci il tarixində “Four Seasons" mehmanxanasında keçirilən “Caspian Energy Award-2015” mükafatının təqdimat mərasimində "Azpetrol" şirkəti növbəti dəfə "İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi" nominasiyası üzrə «Caspian Energy Award-2015» mükafatına layiq görülmüşdür.
- 2014
-
16 DEKABR 2014
16 dekabr 2014-cü il tarixində “JW Marriott Hotel Absheron Baku” mehmanxanasında keçirilən “Azeri Business Award” Milli Mükafatının qaliblərinin təqdimat mərasimində "Azpetrol" şirkəti “Müştəri məmnunluğu və yüksək keyfiyyət” nominasiyası üzrə “Azeri Business Award-2014” Milli mükafatına layiq görülmüşdur.
-
10 DEKABR 2014
"Jumeirah Bilgah Beach Hotel"-də “Ilin Şirkəti” mükafatının təqdimetmə mərasimi keçirilmişdir. “Consulting and Business” jurnalı iqtisadiyyat və biznes sahələrində əldə etdikləri uğurlarına görə 2014-cü ilin ən yaxşılarını seçmişdir. "Azpetrol" şirkəti növbəti dəfə “İlin Yanacaqdoldurma Məntəqələri Şəbəkəsi” nominasiyası üzrə “İlin Şirkəti” mükafatına layiq görülmüşdür.
-
24-25 OKTYABR 2014
Paris şəhərində Business Initiatives Directions (BID) Beynəlxalq Keyfiyyət Konvensiyasının dünyanın 51 ölkəsindən olan müxtəlif şirkətlərin nümayəndələrinin iştirakı ilə mükafatlandırma mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan şirkəti olan "Azpetrol" xidmətdə yüksək keyfiyyət, liderlik, yeni texnologiya və İnnovasiyaların tətbiqinə və inkişafına görə Diamond kateqoriyasında “World Quality Commitment (WQC) Award-2014” mükafatına layiq görülmüş, "Azpetrol" şirkətinin Baş direktoru isə “Diamond Circle of Quality Award” mükafatı almışdır.
-
12 MART 2014
Bakıda “JW Marriott Absheron” otelində “Caspian Energy Integration Award -2014” beynəlxalq mükafatının 10-cu yubileyi keçirilmişdir. "Azpetrol" şirkəti “İLİN YANACAQDOLDURMA MƏNTƏQƏLƏRİ ŞƏBƏKƏSİ” nominasiyasında “Caspian Energy Integration Award - 2014” mükafatına layiq görülmüşdür.
- 2013
-
14 MAY 2013
“Qafqaz Baku City Hotel & Residences”-də “Azərbaycan Brendi” adlı mükafatlandırma mərasimi keçirildi. "Azpetrol" şirkəti “İlin Yanacaq Brendi” nominasiyasında bu mükafata layiq görülmüşdür.
-
27-28 APREL 2013
Almaniyanın Frankfurt şəhərində B.İ.D. Beynəlxalq Keyfiyyət Konvensiyasının dünyanın 52 ölkəsindən olan müxtəlif şirkətlərin nümayəndələrinin iştirakı ilə mükafatlandırma mərasimi keçirilmişdir. Mərasimdə "Azpetrol" şirkəti keyfiyyət prinsiplərinə ciddi şəkildə əməl edilməsi və göstərdiyi xidmətlərdə yüksək standartlara görə “İnternational Quality Corwn” mükafatına layiq görülmüş və Şirkətin Baş direktoru isə “İlin Sahibkarı” mükafatı ilə təltif edilmişdir.
-
24 APREL 2013
“Jumeirah Bilgah Beach Hotel”-də 2012-ci ilin yekunlarına dair “UĞUR” Milli Mükafatının növbəti təqdimetmə mərasimi keçirildi. Mərasimdə "Azpetrol" şirkəti “Öz sahəsində lider. Yanacaqdoldurma Məntəqələri Şəbəkəsi” nominasiyasında mükafata layiq görülmüşdür.
-
10-12 APREL 2013
10-12 aprel 2013-cü il tarixində Avropa Biznes Assambleyası (Europe Business Assembly) və Britaniya Direktorlar İnstitutunun London şəhərində keçirilən Liderlər Sammitində (“Summit of Leaders”) "Azpetrol" şirkəti və Şirkətin Baş direktoru fəaliyyətində Avropa standartlarına uyğun intellektual və texnoloji yeniliklər tətbiqinə görə “Avropa keyfiyyəti” Beynəlxalq mükafatlarına (European Quality Award) layiq görülmüşdür.
- 2012
-
27-28 MAY 2012
ABŞ-ın Nyu-York şəhərində B.İ.D. Beynəlxalq Keyfiyyət Konvensiyasının keçirdiyi dünyanın 76 ölkəsindən olan müxtəlif sahələrdə uğur qazanmış şirkətlərin keyfiyyət və üstünlüyə görə mükafatlandırma mərasimində "Azpetrol" şirkəti xidmətdə keyfiyyət, liderlik, yeni texnologiya və innovasiyaların tətbiqinə görə platin kateqoriyasında «International Quality Summit» mükafatına layiq görülmüşdür. Şirkətin Baş direktoru isə “İlin Meneceri” medalı ilə təltif edilmişdir.
-
4-5 MAY 2012
BID (Business Initiative Directions) Beynəlxalq Keyfiyyət Konvensiyasının dünyanın 76 ölkəsindən olan müxtəlif şirkətlərin iştirakı ilə mükafatlandırma mərasimində şirkətin Baş direktoru "Manager of the year" ("İlin Meneceri") medalı ilə təltif edilmişdir