OTEL

Wyndham Garden Baku

“Wyndham Garden Baku” hoteli 25 oktyabr 2022-ci tarixindən fəaliyyət göstərir. Hotelin rəsmi açılış mərasimi 27 yanvar 2023-cü il tarixində turizm agentlikləri, müxtəlif xarici səfirliklərin nümayənfdələri və şirkət rəhbərlərin iştirakı ilə baş tutub.

Azpetrol şirkətinə məxsus olan hotel “WYNDHAM HOTEL GROUP (UK) EAST LIMITIED” şirkəti ilə “AZPETROL LTD MMC” şirkəti arasanda bağlanılmış əmtəə nişanının istifadəsi lisenziya müqaviləsi əsasında “Wyndham Garden Baku” hoteli adı altında fəaliyyət göstərir.

“Wyndham Garden Baku” hoteli ümumi 88 otaq, konfrans, iclas və banket zalları, restoran, SPA və Fitness xidmətlərini qonaqlara təklif edir. Hava limanından və şəhər mərkəzindən cəmi 15 dəqiqə məsafədə yerləşən “Wyndham Garden Baku” hoteli qonaqların rahatlığını nəzərə alaraq xüsusi transfer xidmətini təklif edir. 100 nəfərə yaxın peşəkar və gülərüz personal günün 24 saatı qonaqlara xidmət göstərməkdək məmnundur.

“Wyndham Garden Baku”-nun əsas konsepsiyasının “biznes hotel” olmasına baxmayaraq, burada müxtəlif tədbirlərin, əlamətdar günlərin və şənliklərin keçirilməsinə uyğun şərait yaradılıb.

Xüsusi olaraq, hotel ərazisində fəaliyyət göstərən “Olive SPA & Wellness” mərkəzi isə qonaqların asudə vaxtının həm maraqlı, həm də faydalı keçirməsi üçün nəzərdə tutulub. Burada 25 m uzunluğunda hovuz, ayrıca kardio və fitness zalları, saunalar və türk hamamı, çoxsaylı masaj, müalicə otaqları xidmətləri təklif olunur. Fitnes sahəsindəki “Vitamin Bar” ilə qonaqlar idman zalı, fitnes və spa xidmətlərinin tam mənzərəsini yaşamaq imkanı əldə edirlər.

Qonağımız olun, xidmətlərimizdən istifadə edin, məmnun qalın, yenə gəlin!

 


BİZİMLƏ ƏLAQƏ:

Ünvan: Mikaıyıl Əliyev 2405, Bakı, Azərbaycan

Telefon: (+994 12) 526 15 15

Elektron ünvan: [email protected]‎ / [email protected]

Veb sayt: www.azpetrol.com

VÖEN: 1700166231

Hotel haqqında: Wyndham Garden Baku

 

Azpetrol Motelləri
 
Azpetrol Motelləri
 
Azpetrol Motelləri
 
Azpetrol Motelləri
 
Azpetrol Motelləri
 
Azpetrol Motelləri
 
Azpetrol Motelləri
 
Azpetrol Motelləri